10 mart 2025. Bazar ertəsi

Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb


  • Offside
  • 09:58 09.03.2025
  • Oxunma sayı: 45
Azərbaycan boksçusu beynəlxalq turnirdə finala vəsiqə qazanıb

Azərbaycanın gənc boksçusu Zidan Hümbətov (54 kq) Monteneqronun Budva şəhərində keçirilən Dünya Kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, o, finala gedən yolda Ali Muratla (Qazaxıstan) üz-üzə gəlib.

Görüş təmsilçimizin qələbəsi ilə yekunlaşıb. Hümbətov rəqibini 5:0 (30:27, 30:27, 30:27, 30:27, 30:27) hesabı ilə məğlub edib.

O, finalda Aldiyar Bahadurla (Qazaxıstan) döyüşəcək.

Azərbaycanın digər boksçularından Banuçiçək Nəsirli (48 kq), Özləm Həsənova (66 kq) və İlkanə Əhmədova (+81 kq) isə turniri bürünc medalla başa vurublar.







Offside