- Offside
- 21:57 11.03.2025
Azərbaycanın yeniyetmə taekvondoçuları Eyndhoven şəhərində keçirilən 52-ci Niderland açıq çempionatının ikinci günündə 16 medal qazanıblar.
Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a bildiriblər ki, bunlardan 5-i qızıl, 5-i gümüş, 6-sı isə bürünc mükafatdır.
Sabir Məmmədli (33 kiloqram), Rüqəyya Əliyeva (33 kiloqram), Nicat Nadirov (41 kiloqram), Yusif Nağızadə (57 kiloqram) və Rəsul Cavadzadə (61 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
Elmira Bayrak (41 kiloqram), Musa Süleymanlı (37 kiloqram), Əbil Mehralı (45 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Gülnaz Abdullayeva (59 kiloqram) ikinci, Mədinə Aslanlı (29 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Kənan Bayramlı (37 kiloqram), Cavidan Heydərzadə (41 kiloqram), Akif Əliyev (45 kiloqram) və Saleh Heydərov (53 kiloqram) isə üçüncü yeri tutublar.