- Offside
- 17:39 11.03.2025
Azərbaycanın stolüstü tennisçiləri növbəti beynəlxalq yarışlara qatılıblar.
Stolüstü Tennis Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, bu gün paralel olaraq Almaniyanın Berlin və Çexiyanın Havirov şəhərində “WTT Youth Contender” turnirinə start verilib.
Onur Quluzadə və Tunar Bağırov martın 10-dan 12-dək milli komandanın baş məşqçisi Mixail Timofeyevin rəhbərliyi ilə Berlindəki, Yağmur Məmmədli və Aylin Əsgərova məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Havirovdakı turnirdə bacarığını göstərəcək.
Martın 14-dən 16-dək isə oğlanlar Havirovda, qızlar Berlində təşkil olunacaq analoji yarışda mübarizə aparacaqlar.