11 mart 2025. Çərşənbə axşamı

Maskerano Messinin "Şarlotta"ya qarşı oynamamasının səbəbini açıqlayıb


  • Offside
  • 23:48 10.03.2025
  • Oxunma sayı: 44
Maskerano Messinin "Şarlotta"ya qarşı oynamamasının səbəbini açıqlayıb

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano hücumçu Lionel Messinin MLS-də "Şarlotta" ilə matçda oynamamasının səbəbini açıqlayıb.

90deqiqe.Az-ın "ESPN"ə istinadən verdiyi xəbərə görə, mütəxəssis bildirib ki, məşqçi heyəti əvvəlcə argentinalı futbolçunun oyun vaxtı verməyi planlaşdırırdı, lakin "İnter Mayami" "Şarlotta" ilə oyunda qapıçının meydandan qovulması səbəbindən 10 nəfərə endirildikdən sonra planlar dəyişib.

"Biz belə qərara gəldik ki, ən yaxşısı Lionelin qayğısına qalmaq və belə bir vəziyyətdə onun sağlamlığını riskə atmamaqdır"

Xatırladaq ki, Mayami klubu on nəfərlə “Şarlotta”nı 1:0 hesabı ilə məğlub etməyi bacarmışdı. Bu görüşdə yeganə qolu Luis Suaresin assistenti Tadeo Allende vurub







Offside