17 may 2025. Şənbə

Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib


  • Offside
  • 10:01 11.03.2025
  • Oxunma sayı: 118
Azərbaycan boksçusu dünya çempionatında 1/8 finala yüksəlib

Azərbaycanın daha bir qadın boksçusu Serbiyanın Niş şəhərində keçirilən dünya çempionatına qələbə ilə başlayıb.

90deqiqe.Az-ın məlumatına görə, Aynur Mikayılova (57 kq) 1/16 finalda Xurşid Mohammadini (Əfqanıstan) mübarizədən kənarlaşdırıb.

Boksçumuz döyüşün taleyini ilk raundda həll edib. O, rəqibinə tam üstünlüklə qalib gəlib.

Mikayılova 1/8 finalda ilk mərhələdən azad olan Esra Yıldız Kahramanla (Türkiyə) üz-üzə gələcək. Görüş martın 12-də baş tutacaq.

Qeyd edək ki, mundialın üçüncü günündə Azərbaycan millisinin 2 boksçusu rinqə çıxacaq. Daha əvvəl Zeynəb Rəhimova (54 kq) 1/8 finala yüksəlib.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur