- Offside
- 23:36 11.03.2025
Azərbaycan İdman Akademiyasında (AİA) idman və xidmət ixtisasları üzrə işçi qrupunun ilk iclası keçirilib.
Bu barədə 90deqiqe.Az-a Akademiyadan bildirilib. İşçi komissiyasının sədri, AİA-nın rektoru Fuad Hacıyev iclasda bildirib ki, işçi qrupu 19 ali təhsil müəssisəsinin professor-müəllim heyətindən ibarət 36, həmçinin əmək bazarını təmsil edən 15 şəxs olmaqla, ümumilikdə 51 nəfərdən formalaşdırılıb. Rektor görüləcək işlər və dəyişikliklərin zəruriliyi barədə də fikirlərini bölüşüb.
Sonra işçi qrupunun həmsədri, Akademiyanın tədris üzrə prorektoru Ülkər Babayeva səsvermə yolu ilə idman və xidmət ixtisasları işçi qrupu və alt işçi qrupunun üzvlərinin təsdiq olunmasını bildirib.
Müzakirələrdə Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Texniki Universiteti və digər ali təhsil müəssisələrinin nümayəndələri də çıxış edərək öz təkliflərini səsləndiriblər.
Sonra magistratura səviyyəsində idman və xidmət ixtisasları üzrə ixtisaslaşmaların adlarının müəyyənləşdirilməsi məqsədilə növbəti görüşün tarixi müəyyən edilib.