12 mart 2025. Çərşənbə

Joao Feliksin qardaşı matç zamanı huşunu itirib


  • Offside
  • 17:39 11.03.2025
  • Oxunma sayı: 36
Joao Feliksin qardaşı matç zamanı huşunu itirib

"Benfika"nın ikinci komandasının oyunçusu Uqo Feliks ötən gün keçirilən matçın ikinci hissəsinin başlanğıcında Lukas Arauxo ilə toqquşduqdan sonra huşunu itirib.

90deqiqe.Az-ın məlumatına görə, hadisə nəticəsində hər iki futbolçu məcburən əvəzlənib.

Qısa müddət sonra özünə gələn Uqo Felis azarkeşlərinə rahatlıq verən bir mesaj göndərib: "Mən müayinədən keçdim, hər şey yaxşıdır. Bu, sadəcə bir az qorxudur. Sevgi və dəstək mesajları göndərən hər kəsə təşəkkür edirəm. Sağalmağa başlayıram", - deyə o, sosial şəbəkədə yazıb.

Qeyd edək ki, Uqo Feliksin böyük qardaşı Joao Feliks hazırda İtaliyanın "Milan" klubunda çıxış edir.







Offside