- Offside
- 23:36 11.03.2025
Minifutbol üzrə Azərbaycan çempionatında üçüncü yerin sahibi bəlli olub.
90deqiqe.Az xəbər verir ki, bürünc medallar uğrunda oyunda “Aznur” və “Galaxy” komandaları qarşılaşıb.
Bakı Tennis Akademiyasında baş tutan görüşdə hesab açılmayıb. Qalibi müəyyən etmək üçün penalti zərbələrinə ehtiyac duyulub.
Burada daha dəqiq oynayan (3:1) "Aznur" futbolçuları üçüncü yerə sahib çıxıblar.
Qeyd edək ki, final qarşılaşmasında "Zirə" "Birbaşa Bakı" ilə üz-üzə gələcək.