- Offside
- 23:56 12.03.2025
Bakıda təşkil olunacaq minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçirilib.
90deqiqe.Az xəbər verir ki, tədbirdə Azərbaycan Minifutbol Federasiyasının, Dünya Minifutbol Federasiyasının, AFFA-nın, Gənclər və İdman Nazirliyinin rəsmiləri, həmçinin ölkə futbol ictimaiyyətinin bir sıra tanınmış simaları iştirak edib.
Mərasimə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə start verilib.
Sonra Azərbaycan və Bakı haqqında videorolik nümayiş etdirilib. Ardınca dünya çempionatının kuboku ictimaiyyətə təqdim olunub.
Daha sonra Dünya Minifutbol Federerasiyasının prezidenti Filip Juda çıxış edərək ev sahibliyinə görə Azərbaycana təşəkkür edib. O, mundialın yüksək səviyyədə keçiriləcəyinə inamından və Azərbaycanda minifutbolun inkişafı haqqında danışıb.
Gənclər və İdman Naziri Fərid Qayıbov da çıxışında Azərbaycan klublarının və yığmasının beynəlxalq yarışlarda çıxışından və qazandığı uğurlardan danışıb.
AFFA-nın prezidenti Rövşən Nəcəf belə bir turnirin Azərbaycanda keçirilməsinin böyük idman hadisəsi olduğunu və yarışın yüksək səviyyədə keçəcəyinə inandığını bildirib.
Azərbaycan Minifutbol Federasiyanın prezidenti Orxan Məmmədov dünya çempionatı kimi yarışa ev sahibliyi etməyin qürurverici olduğunu söyləyib.
Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov da öz növbəsində mundial İştirakçılarına uğurlar arzulayıb. O, Azərbaycanda minifutbola göstərilən dəstəyə görə ölkə prezidenti İlham Əliyevə, Gənclər və İdman Nazirliyinə, həmçinin Dünya Minifutbol Federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib.
Ardınca “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov, “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov, Azərbaycan minifutbol millisinin sabiq üzvü, Avropa çempionu Seymur Məmmədov və Portuqaliya futbolunun əfsanəsi Luiş Naninin iştirakı ilə püşkatma mərasimi baş tutub və qrupların tərkibi müəyyənləşib.
A qrupu: Azərbaycan, Mavritaniya, Sloveniya, Bəhreyn
B qrupu: Rumıniya, Fransa, Çad, Özbəkistan
C qrupu: Macarıstan, Ukrayna, İngiltərə, Türkiyə
D qrupu: Slovakiya, Bolqarıstan, Portuqaliya, Hindistan
E qrupu: Meksika, Monteneqro, Tailand, Kosta Rika
F qrupu: Qazaxıstan, ABŞ, Bosniya və Herseqovina, Polşa
G qrupu: Çexiya, Gürcüstan, Birləşmiş Ərəb Əmirlikləri, Argentina
H qrupu: Serbiya, Qana, İspaniya, İsrail
Qeyd edək ki, 32 komandanın iştirak edəcəyi dünya çempionatı mayın 21-dən iyunun 1-dək Bakıda təşkil olunacaq.