13 mart 2025. Cümə axşamı

Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib


  • Offside
  • 12:46 13.03.2025
  • Oxunma sayı: 31
Peşəkar Çövkən Liqasında yeni mövsümə start verilib

Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Peşəkar Çövkən Liqasında yeni mövsümün açılış mərasimi və ilk turun oyunları keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) 90deqiqe.Az-a verilən məlumata görə, Binə Atçılıq Mərkəzində təşkil olunan tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Açılış mərasimində DSX-nin nümunəvi orkestri, rəqs ansamblı, tanınmış sənətçilər musiqi və rəqs nümunələri ilə çıxış edərək tədbirə xüsusi rəng qatıb.

Yeni mövsümün ilk turunda “Sərhədçi” “Buta Qolden”i 3:0, “Omar” liqaya yeni qatılan “Xəzər”i 5:1 hesabı ilə üstələyib. “Polad” və “Elit” kollektivləri arasında qarşılaşma isə qolsuz bərabərliklə başa çatıb.

İkinci turda “Şirvan” “Atilla”nı 8:1 hesabı ilə məğlub edib. “Embavud” “Qarabağ” komandasına 7, “Zəfər” isə “Ağstafa Dilbaz”a 10 top fərqlə qalib gəlib.

Qeyd edək ki, Peşəkar Çövkən Liqasında növbəti turun oyunları martın 18-19-da keçiriləcək. Liqa noyabrın 26-dək davam edəcək.







Offside