14 mart 2025. Cümə

Luis Suares qollarına davam edir


  • Offside
  • 11:00 14.03.2025
  • Oxunma sayı: 35
 Luis Suares qollarına davam edir

KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin cavab oyununda “İnter Mayami” Yamayka təmsilçisi “Kavaler”i 2:0 hesabı ilə məğlub edərək növbəti mərhələyə yüksəlib.

90deqiqe.Az-ın məlumatına görə, matçda ulduz hücumçusu Luis Suares fərqlənib. Uruqvaylı hücumçu 11 metrlik zərbəni inamla qola çevirərək komandasına qələbə qazandırıb.

38 yaşlı futbolçu son beş oyunda ardıcıl olaraq qol vuraraq möhtəşəm forma sərgiləyib. Bu müddət ərzində o, dörd qol və beş məhsuldar ötürmə ilə diqqət çəkib. Uruqvaylı hücumçu 2024-cü ilin qışında “İnter Mayami”yə keçib və 2025-ci ilin dekabr ayının sonuna qədər klubla müqavilə imzalayıb.

Bu qələbə ilə “İnter Mayami” KONKAKAF Çempionlar Kubokunda bir növbəti mərhələyə vəsiqə qazandı.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir