14 mart 2025. Cümə

Maskerano Messinin qayıdışına münasibət bildirib


  • Offside
  • 11:07 14.03.2025
  • Oxunma sayı: 32
Maskerano Messinin qayıdışına münasibət bildirib

"İnter Mayami"nin baş məşqçisi Xavyer Maskerano ulduz forvard Lionel Messinin üç matçı buraxdıqdan sonra meydana qayıtması barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "ESPN" mütəxəssisin dediklərini belə çatdırıb. 

“Messi son bir neçə matçı buraxdı. Biz onun meydana çıxmasını istəyirdik, amma bu, lazım olan an idi. Leo yaxşı çıxış etdi, qol vurdu və yamaykalı azarkeşlər bunu canlı izləyə bildilər.”

37 yaşlı hücumçu KONKAKAF Çempionlar Kubokunun 1/8 final mərhələsinin "Kavaler"lə cavab oyununda (2:0) iştirak edib və qol vurub.

Messi ilə Amerika klubu arasındakı hazırkı əmək müqaviləsi 2025-ci ilin sonuna qədərdir. Onun bazar dəyəri 20 milyon avro qiymətləndirilir.







Offside

 Luis Suares qollarına davam edir
  • Offside
  • 11:00 14.03.2025
Luis Suares qollarına davam edir