- Offside
- 20:53 14.03.2025
Azərbaycan Cüdo Federasiyası (ACF), Azərbaycan İdman Akademiyası və Böyük Britaniyanın Hertfordşir Universiteti arasında bağlanan üçtərəfli anlaşma memorandumuna əsasən, Akademiyada cüdo məşqçiliyi ixtisası üzrə təhsil alan I və II kurs tələbələri üçün nəzəri və praktiki dərslər davam edir.
90deqiqe.Az-ın məlumatına görə, tədris prosesi müvafiq cədvələ uyğun olaraq ACF-in Təlim-Məşq Mərkəzində həyata keçirilir.
Hertfordşir Universitetinin professoru Mayk Kallenin rəhbərlik etdiyi layihəyə həm xarici, həm də yerli ekspertlər cəlb olunub.
Tələbələr dərslərdə beynəlxalq məşqçilik standartlarına uyğun proqram əsasında biliklər əldə edir və praktiki bacarıqlar qazanırlar.