14 dekabr 2025. Bazar günü

Azərbaycan taekvondoçuları Belçikada keçirilən açıq çempionatda 6 medal qazanıblar


  • Offside
  • 13:03 16.03.2025
  • Oxunma sayı: 143
Azərbaycan taekvondoçuları Belçikada keçirilən açıq çempionatda 6 medal qazanıblar

Azərbaycanın böyüklərdən ibarət taekvondo millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilən açıq çempionatda 6 medal qazanıblar.

90deqiqe.Az Taekvondo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Bəhruz Quluzadə (54 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qaşım Maqomedov (63 kq) gümüş, Xıdır Məmmədov (54 kq), Səyyad Dadaşov (58 kq), Eltac Qafarov (87 kq), Səmərrrux Osmanova (49 kq) isə bürünc medallara sahib çıxıblar.







Offside