- Offside
- 19:56 16.03.2025
Braziliya milli komandasının və "Santos"un hücumçusu Neymar Paulista Liqasının "Korintians"la yarımfinal matçında (1:2) iştirak etməyərək Araçoiaba da Serrada (Braziliya) dostlarının təşkil etdiyi ziyafətə qatılmaqda günahlandırılıb.
90deqiqe.Az-ın "UOL"a istinadən verdiyi xəbərə görə, futbolçunun helikopteri ziyafət yerində görüntülənib.
Jurnalist Leo Diaz, eskort model Anya Awuada ilə verdiyi müsahibədə, Neymarın başqa bir qadınla cinsi əlaqədə olduğunu iddia edib. Məlumatda bildirilir ki, həmin qadın futbolçunun videosuna görə 8 min avro tələb edib, Neymarın atası isə bu məsələnin səssiz qalması üçün təxminən 13 min avro ödəyib.
Qeyd edək ki, "Korintians"la matçda Neymar zədə səbəbindən ehtiyat oyunçular skamyasında olub. Həmin dövrdə bir çox KİV bu vəziyyəti onun bacısının ad gününə bağlamışdı, çünki futbolçu, bacısının ad günündən bir gün əvvəl bir neçə dəfə zədələnmişdi.