10 dekabr 2025. Çərşənbə

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikadan 11 medalla qayıdırlar


  • Offside
  • 12:47 17.03.2025
  • Oxunma sayı: 128
Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikadan 11 medalla qayıdırlar

Azərbaycanın yeniyetmə taekvondoçuları Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” beynəlxalq turnirində 11 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, bunlardan 6-sı qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.

Mədinə Aslanlı (29 kiloqram), Eda Eren (55 kiloqram), Tapdıq Quluzadə (33 kiloqram), Ədiş Cəlilov (49 kiloqram), Elmir Səlimov (53 kiloqram) və Rəsul Cavadzadə (61 kiloqram) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Yusif Nağızadə (57 kiloqram) ikinci, Fidan Muxtarzadə (29 kiloqram), Aysu Aslanlı (41 kiloqram), Əbil Mehrəli (45 kiloqram) və Fuad Həsənov (+65 kiloqram) üçüncü yeri tutublar.







Offside