17 mart 2025. Bazar ertəsi

Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub


  • Offside
  • 14:52 17.03.2025
  • Oxunma sayı: 27
Azərbaycanın olimpiya mükafatçısı taekvondo üzrə beynəlxalq turnirdə 2-ci yeri tutub

Taekvondo üzrə böyüklərdən ibarət Azərbaycan millisinin üzvləri Belçikanın Lommel şəhərində keçirilmiş “Belgian open” turnirində 6 medal qazanıblar.

Azərbaycan Taekvondo Federasiyasından 90deqiqe.Az -a verilən məlumata görə, bunlardan 1-i qızıl, 1-i gümüş, 4-ü bürünc mükafatdır.

Bəhruz Quluzadə (54 kiloqram) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. “Paris-2024” Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı Qaşim Maqomedov (63 kiloqram) ikinci, Xıdır Məmmədov (54 kiloqram), Səyyad Dadaşov (58 kiloqram), Eltac Qafarov (87 kq) və Səmərrux Osmanova (49 kiloqram) üçüncü yeri tutub.







Offside

Neymara ağır ittiham
  • Offside
  • 17:19 16.03.2025
Neymara ağır ittiham