17 mart 2025. Bazar ertəsi

Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib


  • Offside
  • 15:36 17.03.2025
  • Oxunma sayı: 28
Milli Olimpiya Komitəsi federasiyalar üçün seminar təşkil edib

Milli Olimpiya Komitəsində (MOK) Olimpiya idman növləri üzrə federasiyalar üçün sosial media və marketinq ilə bağlı seminar keçirilib.

MOK-dan90deqiqe.Az -a verilən məlumata görə, Milli Olimpiya Komitəsinin marketinq şöbəsinin müdiri Səkinə Vəliyeva federasiya nümayəndələri üçün təşkil olunan seminarın əhəmiyyətindən danışıb. O, “Paris-2024 Olimpiadası, hədəf və nəticələr” barədə çıxış edərək, son Olimpiya Oyunlarında MOK-un sosial media fəaliyyəti, qarşıdan gələn Avropa Gənclər Yay və Qış Olimpiya festivalları, VI İslam Həmrəyliyi Oyunları və “Los-Anceles-2028” Yay Olimpiya Oyunları barədə də məlumat verib.

Milli Olimpiya Komitəsinin mətbuat katibi Murad Fərzəliyev “MOK-un kütləvi media layihələri” barədə danışıb. Bildirib ki, istənilən informasiyanın hazırlanması və yayımlanması böyük məsuliyyət tələb edir. O qeyd edib ki, MOK-un informasiya strategiyasında sosial şəbəkə və KİV-lərlə yanaşı, federasiyaların mətbuat xidmətləri ilə də qarşılıqlı və işgüzar əlaqələrin yaradılmasına xüsusi önəm verilir. Murad Fərzəliyev, həmçinin MOK-un təsis etdiyi “Olimpiya dünyası” qəzeti, “Olimpə doğru” jurnalı, “Olimpiyadunyasi.com” onlayn gündəlik qəzeti, “olimpnews.az” saytı və MOK-un rəsmi veb-saytı olan “olympic.az” haqqında ümumi məlumat verib.

Seminar çıxışlardan sonra sual-cavab mərhələsi ilə davam edib.







Offside