18 mart 2025. Çərşənbə axşamı

"Sportinq" futbolçusu Ronaldonu Portuqaliyanın prezidenti kimi görür


  • Offside
  • 23:34 17.03.2025
  • Oxunma sayı: 49
"Sportinq" futbolçusu Ronaldonu Portuqaliyanın prezidenti kimi görür

"Sportinq" futbolçusu Morten Yulmann hesab edir ki, Kriştiano Ronaldonun gələcəkdə Portuqaliya prezidenti olmaq potensialı var.

90deqiqe.Az xəbər verir ki, "Sport TV2" 25 yaşlı futbolçunun dediklərini belə çatdırıb. 

"O, çox şey etdi, təkcə "Sportinq" tarixi üçün deyil, bütün ölkə üçün də çox vacibdir. Düşündüyümdən daha çox. Prezidentliyə namizəd olsaydı, qalib gələ bilərdi."

Xatırladaq ki, Portuqaliya futbolunun qırx yaşlı əfsanəsi peşəkar karyerasına “Sportinq”də başlayıb. Ronaldo, bu günə kimi Portuqaliya millisinin oyunçusudur və 216 oyun keçirərək 135 qol vurub.







Offside