- Offside
- 15:08 14.12.2025
Yüngül ağır çəkili UFC çempionu (93 kq-a qədər) rusiyalı Maqomed Ankalayev Aleks Pereyra ilə revanş görüşünün tarixini artıq bildiyini açıqlayıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə döyüşçü sosial şəbəkə hesabında yazıb.
“Mənim cavab görüşüm üçün bir tarix təyin olunub və mən artıq onu qəbul etmişəm. Ümid edirəm ki, rəqibim də bunu qəbul edəcək. Bu dəfə döyüş beş raund çəkməyəcək – mənə saatlarla pul verilmir.”
Pereyra ilə Ankalayev arasında döyüş Las-Veqasda (ABŞ) UFC 313 turnirində baş tutub və yekdil qərarla rusiyalının qələbəsi ilə yekunlaşıb. Ankalayev yüngül ağır çəki dərəcəsində (93 kq-a qədər) təşkilatın yeni çempionu oldu.
Cavab qarşılaşmasının bu il baş tutacağı gözlənilir.