- Offside
- 11:47 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA-nın Klubların Lisenziyalaşdırılması Komitəsinin növbəti iclasında üzv olaraq iştirak edib.
90deqiqe.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, UEFA-nın İsveçrənin Nyon şəhərindəki qərargahında baş tutan toplantıda bir neçə məsələ müzakirə olunub.
- Klubların lisenziyalaşdırılması üzrə UEFA tərəfindən Milli Assosiasiyalara dəstək fəaliyyətləri;
- Klublara həmrəylik ödənişlərinin lisenziyalaşdırma sistemi ilə əlaqələndirilməsi;
- UEFA Maliyyə Davamlılığı qaydaları haqqında yeniliklər;
- UEFA-nın Klublara Maliyyə Nəzarəti Orqanının fəaliyyətini tənzimləyən prosedur qaydalarında dəyişikliklər;
- Avropa klublarının maliyyə və investisiyalarına dair UEFA-nın hesabatı.