- Offside
- 11:47 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Mançester Siti"nin norveçli hücumçusu Erlinq Haaland yeni idman avtomobili alıb.
90deqiqe.Az-ın "The Sun"a istinadən verdiyi xəbərə görə, 24 yaşlı qolçu "Bugatti Tourbillon" alıb və bunun üçün 4,7 milyon avro (429,7 milyon rubl) ödəyib.
2024-cü ildə istehsal olunan yalnız 250 belə avtomobil olduğu bildirilir.
Haaland bu mövsüm bütün turnirlərdə 39 matçda meydana çıxıb, 29 qol vurub və 4 məhsuldar ötürmə edib. Haalandın "Mançester Siti" ilə hazırkı müqaviləsi 2034-cü ilə qədərdir. Transfermarkt portalının məlumatına görə, hücumçunun dəyəri 200 milyon avrodur.