- Offside
- 11:47 01.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
24 qat Böyük Dəbilqə çempionu və keçmiş dünyanın bir nömrəsi, serb tennisçi Novak Cokoviç müxtəlif nəsil tennisçilərlə rəqabətdən danışıb.
90deqiqe.Az xəbər verir ki, "Tennis.com" 37 yaşlı idmançının dediklərini belə çatdırıb.
“Bir dəfə Andre Aqassi ilə Avstraliyaya çox erkən getmək istəmədiyi üçün vaxtında bir çox Böyük Dəbilqə turnirlərini necə buraxdığı barədə danışdığımı xatırlayıram. Ailəsi ilə daha çox vaxt keçirmək istəyirdi. İndi fərqlidir.
Düşünürəm ki, son 15-20 il ərzində mən çoxlu Böyük Dəbilqə və Masters turnirlərini qaçırmamışam, çünki bu baxımdan rəqabət çox ciddi və güclü olub. Ən çox Nadal, Federer və Murray ilə rəqabətlərimi xatırlayıram, lakin son 20-25 il ərzində mən müxtəlif nəsillər keçdim”