- Offside
- 22:26 01.02.2026
Almaniyanın Bad-Blankenburq şəhərində cüdo üzrə yeniyetmə və gənc qızlar arasında Beynəlxalq Türingiya Kuboku keçirilib.
90deqiqe.Az-ın məlumatına görə, 48 kiloqramda mübarizə aparan Azərbaycan cüdoçusu Fəridə Mirzəyeva bütün rəqiblərinə qalib gələrək turnirin qızıl medalını qazanıb.
Qeyd edək ki, Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda 4-cü yeri tutub.