- Offside
- 15:42 25.04.2025
Azərbaycanın futzal üzrə FIFA referiləri Hikmət Qafarlı, Əli Cəbrayılov və Knyaz Əmiraslanov beynəlxalq təyinat alıblar.
Futzal Federasiyasından 90deqiqe.Az-a verilən məlumata görə, onlar aprelin 15-də Nikosiya şəhərində keçiriləcək Kipr – Almaniya oyununu idarə edəcəklər.
H.Qafarlı birinci, Ə.Cəbrayılov ikinci, K.Əmiraslanov isə üçüncü referi olacaq. Hakimlərin idarəçiliyini Belçikadan olan hakim-inspektor Patrik Villemark qiymətləndirəcək.