- Offside
- 13:58 25.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
"Əl-Nəsr"in qapıçısı Bento ulduz hücumçu Kriştiano Ronaldo ilə birlikdə oynamaqdan danışıb.
90deqiqe.Az xəbər verir ki, "Goal" braziliyalı qolkiperin dediklərini belə çatdırıb.
“Kriştiano fenomenaldır. Həmişə bizə kömək etməyə çalışır, məsləhətlər verir, nəyi yaxşılaşdırmaq olar. Bizimlə danışmaqdan qorxmur. Belə bir münasibətlə yola getməmək mümkün deyil. Ən yaxşısını mənimsəməyə çalışıram.Bu, əla təcrübədir"
Kriştiano Ronaldo 2023-cü ilin əvvəlindən "Əl-Nəsr"də çıxış edir. 40 yaşlı portuqaliyalının Səudiyyə klubu ilə hazırkı müqaviləsi mövsümün sonuna qədərdir. "Əl-Nəsr" hazırda Səudiyyə Ərəbistanı çempionatının turnir cədvəlində 3-cü yerdədir.