- Offside
- 21:13 10.12.2025
Azərbaycanın gənc cüdoçulardan ibarət yığmasının 15 üzvü Almaniyanın Bremen şəhərində təşkil olunan beynəlxalq təlim-məşq toplanışına qatılıblar.
90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Toplanış qarşıdakı beynəlxalq turnirlərə hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, martın 24-də startı verilən hazırlıq prosesi 26-na qədər davam edəcək.