17 may 2025. Şənbə

Azərbaycanın dörd bədii gimnastı Bakıdakı yarışda finala vəsiqə qazanıb


  • Offside
  • 15:54 28.03.2025
  • Oxunma sayı: 94
Azərbaycanın dörd bədii gimnastı Bakıdakı yarışda finala vəsiqə qazanıb

Azərbaycanın dörd gənc bədii gimnastı Bakıda keçirilən “AGF Trophy” beynəlxalq turnirində finala vəsiqə qazanıb.

90deqiqe.Az-ın məlumatına görə, onlar halqa və topla hərəkətlər üzrə təsnifat mərhələsindən sonra buna nail olublar.

Şəms Ağahüseynova və Ayla İbrahimova topla hərəkətlərdə, Azadə Atakişiyeva və Nur Sadıqova halqa ilə hərəkətlərdə həlledici raundda mübarizə aparacaqlar.

Bu gün böyüklər iki növdə çıxış edəcəklər. Qrup hərəkətləri komandaları isə çoxnövçülükdə beş halqa ilə bacarıqlarını göstərəcəklər.

Turnirə martın 30-da yekun vurulacaq.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur