- Offside
- 17:01 14.05.2025
Azərbaycan paralimpiyaçısı Polad Rzayev İtaliyanın Pila şəhərində keçirilən FIS Paradağ xizəyi turnirində çıxış edir.
Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, LW3 kateqoriyası üzrə mübarizə aparan idmançı yarışa məşqçi Məhəmməd İsmayılov ilə yollanıb.
Qeyd edək ki, martın 30-da başa çatacaq turnir 2026-cı ildə keçiriləcək Qış Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.