17 may 2025. Şənbə

Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib


  • Offside
  • 10:11 02.04.2025
  • Oxunma sayı: 112
Şahmat üzrə Azərbaycan çempionatının qalibləri müəyyənləşib

8, 10, 12, 14, 16 və 18 yaşadək şahmatçılar arasında Azərbaycan çempionatının qalibləri müəyyənləşib.

90deqiqe.Az xəbər verir ki, bu barədə Azərbaycan Şahmat Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Müxtəlif yaş kateqoriyalarında Kənan Babasoy, Mələk Əsədli (8 yaşadək), Atilla Orman, Mehriban Əhmədli (10 yaşadək), Nurlan Əzizli, Fatimə Mirzəliyeva (12 yaşadək), Paşam Əlizadə, Səadət Bəşirli (14 yaşadək), Rüstəm Rüstəmov, Ayan Hüseynli (16 yaşadək), Rəvan Uguzov, Nurtən Nuriyeva (18 yaşadək) birinci olublar.

Çempionatın bağlanış mərasimində iştirak edən Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov qalibləri təbrik edərək, onlara növbəti yarışlarda uğurlar arzulayıb.

Qeyd edək ki, yarışda 136 şahmatçı mübarizə aparıb.







Offside

Luis Nani siyasətə qoşulur
  • Offside
  • 22:16 16.05.2025
Luis Nani siyasətə qoşulur