- Offside
- 21:23 04.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Anar Hacıyev Avropa Klublar Birliyinin (ECA) Azarkeşlərlə İş üzrə işçi qrupuna (Fans Working Group) üzv seçilib.
90deqiqe.Az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, o, 2023–2027-ci illəri əhatə edən dövrdə sözügedən işçi qrupunda fəaliyyət göstərəcək.
Hacıyev 25 ölkədən irəli sürülən çoxsaylı namizədlər arasından qrupa üzv olmaq hüququ qazanıb. O, qrupun tərkibində “Yuventus”, “Tottenhem”, “Çelsi”, “Betis”, PSV, “Leyptsiq” kimi klublardan olan mütəxəssislərlə birlikdə yer alacaq.
İşçi qrupa Madrid "Atletiko"sunu təmsil edən Migel Anxel Xil Marin sədrlik edir. Qrupun əsas məqsədi azarkeşlərlə bağlı strategiyaların, təşəbbüslərin və texniki tövsiyələrin hazırlanmasıdır.
İşçi qrupun əsas missiyası Avropa futbolunda azarkeşlərin təcrübəsini yaxşılaşdırmaq, onların klublarla münasibətlərini gücləndirmək və yeni fan-loyallıq modelləri üzərində işləməkdir. İşçi qrupu azarkeş mədəniyyətinin inkişafı, bilet və stadion təcrübəsi, rəqəmsal kommunikasiya və sosial media strategiyaları, gənc nəslin klublarla daha sıx əlaqəsinin qurulması kimi sahələrdə fəaliyyət göstərəcək.
Qeyd edək ki, “Qarabağ”ın İdarə heyətinin üzvü Asif Əsgərov 2023-cü ildə keçirilmiş seçkilərdə Avropa Klublar Birliyinin İdarə heyətinin, bundan sonra “Qarabağ” Futbol Akademiyasının meneceri Nail Kərimov həmin qurumun Uşaq Futbolu üzrə işçi qrupunun (2023–2027) üzvü seçilib.