11 aprel 2025. Cümə

Azərbaycan və Avropa Su İdmanı Növləri Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib


  • Offside
  • 16:23 03.04.2025
  • Oxunma sayı: 58
Azərbaycan və Avropa Su İdmanı Növləri Federasiyası arasında əlaqələrin daha da genişləndirilməsi müzakirə edilib

Gənclər və idman naziri Fərid Qayıbov Avropa Su İdmanı Növləri Federasiyasının prezidenti Antoniu Silva ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən 90deqiqe.Az -a verilən məlumata görə, görüşdə üzgüçülük idmanının inkişafı, beynəlxalq əməkdaşlıq və gələcək layihələr barədə fikir mübadiləsi aparılıb.

Həmçinin Avropa Üzgüçülük Federasiyası və Azərbaycan arasında əlaqələrin daha da genişləndirilməsi, birgə layihələrin icrası və təcrübə mübadiləsi imkanları müzakirə edilib.







Offside