10 aprel 2025. Cümə axşamı

Azərbaycan cüdoçuları Avropa çempionatına İtaliya və Qazaxıstan yığmaları ilə birgə hazırlaşırlar


  • Offside
  • 17:27 03.04.2025
  • Oxunma sayı: 58
Azərbaycan cüdoçuları Avropa çempionatına İtaliya və Qazaxıstan yığmaları ilə birgə hazırlaşırlar

Kişi cüdoçulardan ibarət Azərbaycan milli komandası Monteneqronun paytaxtı Podqoritsa şəhərində keçiriləcək Avropa çempionatına hazırlıqlarını Bakıda davam etdirir.

90deqiqe.Az xəbər verir ki, toplanışa turnirə yollanacaq cüdoçular və millinin digər üzvləri qoşulublar. Hazırlıqda İtaliya və Qazaxıstan yığmaları da iştirak edir.

Yığma toplanışın növbəti mərhələsini aprelin 7-dən 12-dək Macarıstanın Tata şəhərində davam etdirəcək.

Avropa çempionatında kişilərin mübarizəsində Əhməd Yusifov, Turan Bayramov (hər ikisi 60 kiloqram), Ruslan Paşayev (66 kiloqram), Hidayət Heydərov (73 kiloqram), Zelim Tçkayev, Ömər Rəcəbli (hər ikisi 81 kiloqram), Zelim Kotsoyev (100 kiloqram), Uşanqi Kokauri (+100 kiloqram) qüvvəsini sınayacaq. 90 kiloqram çəki dərəcəsində iştirakçı Dubrovnikdə keçiriləcək Avropa Kubokundan sonra müəyyənləşəcək. Vüsal Qələndərzadə (73 kiloqram) isə qarışıq komanda yarışlarında heyətə qoşulacaq.

Qeyd edək ki, turnirdə ölkəmizi 12 çəki dərəcəsində ümumilikdə 16 cüdoçu (9 kişi, 7 qadın) fərdi yarışlarda təmsil edəcək.

Yarışlar aprelin 23-27-də təşkil olunacaq.







Offside