- Offside
- 15:42 25.04.2025
Ukrayna Futbol Assosiasiyasının (UAF) prezidenti vəzifəsini tutan Andrey Şevçenko səsvermənin nəticələrinə görə UEFA İcraiyyə Komitəsinə daxil edilməyib.
90deqiqe.Az-ın məlumatına görə, məşhur ukraynalı sabiq futbolçu bununla bağlı açıqlama verib.
"Təəssüf ki, son günlər müəyyən siqnallar aldıq ki, siyasi aspektlərə görə onlar Ukraynanı və məni şəxsən UEFA-nın rəhbər orqanında görmək istəmirlər. Bunu konqresin özündə sonrakı hadisələr də təsdiqlədi"
Bundan əvvəl Ukrayna Futbol Assosiasiyası UEFA-nı Rusiya Futbol İttifaqına qarşı futbol sanksiyalarının ləğvi imkanlarını nəzərdən keçirməməyə çağırıb. Andrey Şevçenko futbolçu karyerasını 2012-ci ildə başa vurub. Ukraynalı futbolçu Kiyev "Dinamo", "Milan" və "Çelsi"də çıxış edib.