- Offside
- 14:43 08.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Səudiyyə Ərəbistanı Pro Liqasının 2024/2025 mövsümünün 26-cı turunda "Əl-Hilal"la keçirilən oyunda “Əl-Nəsr”in hücumçusu Kriştiano Ronaldonun karyerasındakı 931-ci qol olub.
90deqiqe.Az-ın məlumatına görə, 40 yaşlı futbolçu 47 və 88-ci dəqiqələrdə (ikinci dəfə penaltidən) fərqlənib.
Ronaldo futbolçu karyerası ərzində klub səviyyəsində 795, Portuqaliya millisində isə 136 qol vurub.
Bu mövsüm hücumçu bütün turnirlərdə 34 matçda iştirak edib, 29 qol vurub və 4 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2025-ci ilin yayına qədərdir.Transfermarkt portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 12 milyon avrodur.