9 aprel 2025. Çərşənbə

Ronaldonun dublu "Əl-Nəsr"i "Əl-Hilal" üzərində qələbəyə daşıdı


  • Offside
  • 00:10 05.04.2025
  • Oxunma sayı: 65
Ronaldonun dublu "Əl-Nəsr"i "Əl-Hilal" üzərində qələbəyə daşıdı

Səudiyyə Ərəbistanı Pro Liqasının 2024/2025 mövsümünün 26-cı turunun "Əl-Hilal" və "Əl-Nəsr" komandalarının qarşılaşdığı matç başa çatıb.

90deqiqe.Az-ın məlumatına görə,  Ər-Riyaddakı Şahzadə Faysal bin Fəhd stadionunda baş tutan görüşdə “Əl-Nəsr” 3:1 hesabı ilə qalib gəlib.

45+4-cü dəqiqədə “Əl-Nəsr”in yarımmüdafiəçisi Əli Əl-Həsən hesabı açıb. 47-ci dəqiqədə hücumçu Kriştiano Ronaldo qonaqların üstünlüyünü artırıb. 63-cü dəqiqədə “Əl-Hilal”ın müdafiəçisi Əli Əl-Boleahi fərqlənib. 88-ci dəqiqədə Ronaldo penaltini qola çevirərək matçda dubl edib - 3:1.

Keçirilən 26 oyundan sonra "Əl-Hilal" 57 xalla Pro Liqanın turnir cədvəlində ikinci yerdədir. “Əl-Nəsr” eyni sayda oyundan sonra 54 xal toplayaraq üçüncü pillədə qərarlaşıb. Səudiyyə Ərəbistanı çempionatının 2024/2025 turnir cədvəlinə 61 xalla “Əl-İttihad” başçılıq edir.







Offside