- Offside
- 10:00 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Serbiyanın Nova Varoş şəhərində keçirilən Gimnaziada İdman Oyunlarında qılıncoynatma yarışlarının sablya növünə start verilib.
90deqiqe.Az xəbər verir ki, Azərbaycan təmsilçilərindən Gəray Məmmədli 1/4 finalda komanda yoldaşı Abdulmalik Nəsibzadəyə 15:10 hesabı qalib gəlib.
Bununla da yarımfinala yüksələn G. Məmmədli özü üçün ən azı bürünc medalı təmin edib.
Digər idmançımız Nəcəf Şabanlı isə 1/4 finalda iranlı rəqibi Mohammədmətin Şahidiyə məğlub olub - 9:15.
Qeyd edək ki, bu gün start götürən və 12-də başa çatacaq yarışda 56 ölkənin 2742 idmançısı mübarizə aparacaq. Azərbaycan 18 idman növündə - idman gimnastikası (Novi-Sad), kamandan oxatma, 3x3 basketbol, çimərlik voleybolu, boks, şahmat, tennis (Zlatibor), badminton, parabadminton, üzgüçülük, paraüzgüçülük, stolüstü tennis (Ujiçe), taekvondo, karate (Pojeqa), cüdo, güləş (Luçani), qılıncoynatma (Nova-Varoş), atletika (Priboy) üzrə ümumilikdə 191 idmançı ilə təmsil olunacaq.