- Offside
- 15:42 25.04.2025
Azərbaycan Basketbol Liqasında müntəzəm mövsümün sonuncu – XX turuna yekun vurulub.
90deqiqe.Az-ın məlumatına görə, Gəncə İdman Sarayında baş tutuan turun bağlanış qarşılaşmasında B qrupunun ev sahibi "Gəncə" "Sumqayıt"ı qəbul edib. Görüş Gəncə təmsilçisinin 94:92 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, XX turun əvvəlki matçlarında "Şəki" "Lənkəran"ı 107:78, “Ordu” “Quba”nı 97:88, "Neftçi" "Abşeron"u 85:77, "Sərhədçi" NTD-ni 103:77, "Sabah" isə "Naxçıvan"ı 111:89 hesabı ilə məğlub edib.