- Offside
- 14:52 19.04.2025
Azərbaycan xizəkçisi Polad Rzayev Qış Paralimpiya Oyunlarına ilk reytinq xallarını qazanıb.
Milli Paralimpiya Komitəsindən 90deqiqe.Az -a bildirilib ki, İtaliyanın Pila şəhərində keçirilmiş FIS Paradağ xizəyi turnirində həlledici mərhələni öz kateqoriyasında ikinci olaraq bitirən idmançının hesabında Beynəlxalq Xizək və Snoubord Federasiyasının (FIS) aprelin 1-nə olan reytinq cədvəlinə görə 725.55 reytinq xalı var.
Qeyd edək ki, P.Rzayev son iştirak etdiyi Fransanın Auron şəhərində təşkil edilmiş FIS Paradağ xizəyi turnirinin final mərhələsini 00:51.57 nəticə ilə 7-ci pillədə bitirib.