- Offside
- 20:30 11.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan ağırlıqqaldıranı Kamran Xappayev “Uzbekistan Open” turnirinin qalibi olub.
Azərbaycan Ağırlıqqaldırma Federasiyasından 90deqiqe.Az-a bildirilib ki, yeniyetmə atlet Özbəkistanın Çirçiq şəhərində keçirilən yarışda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
61 kq çəki dərəcəsində yarışanmilli üzvü birdən qaldırma hərəkətində 103 kq nəticə göstərərək birinci olub. O, təkanla qaldırma hərəkətində də eyni uğuru təkrarlayıb. Atlet bu dəfə 123 kq ağırlığı ram edib.
Beləliklə, toplamda 226 kq nəticə göstərən K.Xappayev yarışın qalibi adını qazanıb.
Qeyd edək ki, aprelin 9-da iki idmançımız - İsa Əliyev və Malikə Biçekuyeva "körpücük" üzərinə çıxacaqlar. Aslan Əmiraslanov isə ayın 11-də mübarizəyə qoşulacaq.