- Offside
- 20:00 23.03.2026
Gənclər və idman naziri Fərid Qayıbov Beynəlxalq Karlar İdman Komitəsinin (ICSD) prezidenti Adam Kosa və Avropa Karlar İdman Təşkilatının (EDSO) prezidenti Losif Stavrakakis ilə görüşüb.
Nazirlikdən 90deqiqe.Az-a verilən məlumata görə, görüş zamanı ölkəmizdə deflimpiyanın inkişafı müzakirə edilib.
Eləcə də, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.