14 may 2025. Çərşənbə

"Bavariya"nın keçmiş futbolçusu xəstəxanaya yerləşdirilib


  • Offside
  • 23:13 08.04.2025
  • Oxunma sayı: 82
"Bavariya"nın keçmiş futbolçusu xəstəxanaya yerləşdirilib

Braziliyanın "San Paulo" klubunda çıxış edən "Bavariya"nın sabiq futbolçusu Luis Qustavo xəstəxanaya aparılıb.

90deqiqe.Az-ın "Globo"ya istinadən verdiyi xəbərə görə, futbolçunun ağciyərində laxtalanma yaranıb. 

"Ağciyər emboliyası mahiyyətcə ağciyərdə qan laxtasının əmələ gəlməsidir. Oksigen və karbon qazının mübadiləsi qan vasitəsilə baş verir. Tıxanma qan axınının qarşısını aldığı üçün ağciyərlərin oksigenlə təchizatı və karbon qazının ekshalasiyası pozulur və nəticədə vəziyyət ağır ola bilər.

Görünür, səbəb ağciyər emboliyası üçün əsas risk faktorlarından biri olan tez-tez hava səyahətləri olub.

Tez-tez huşunu itirmə və ürəyin dayanması kimi ən ciddi nəticələrin qarşısını almaq üçün mümkün qədər tez diaqnoz qoymaq son dərəcə vacibdir" - deyə, kardioloq Filip Sakkab qeyd edib.

Qeyd edək ki, təcrübəli yarımmüdafiəçi bu mövsüm "San Paulo"nun heyətində iki matçda meydana çıxıb.







Offside