8 dekabr 2025. Bazar ertəsi

Bakıda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək


  • Offside
  • 16:07 09.04.2025
  • Oxunma sayı: 124
Bakıda Böyük İpək Yolu beynəlxalq turniri keçiriləcək

Aprelin 11-də Bakıda qadın və kişi boksçular arasında Böyük İpək Yolu beynəlxalq turniri start götürəcək.

Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, Boks Mərkəzində təşkil olunacaq ənənəvi yarışda Azərbaycan, Tacikistan, Özbəkistan, Kamboca, Monteneqro, Qırğızıstan, Gürcüstan, Rusiya və Qazaxıstan milli komandaları mübarizə aparacaqlar.

25 dəst medal uğrunda 200-dən çox boksçu gücünü yoxlayacaq. Turnirin qaliblərinin adına aprelin 15-də aydınlıq gələcək.

Azərbaycan kişilərin yarışında 45, qadınların mübarizəsində 11 boksçu ilə təmsil olunacaq.

Qeyd edək ki, yarışın baş hakimi Anar Babanlı olacaq.







Offside