8 dekabr 2025. Bazar ertəsi

AFFA-nın baş katibi FIFA-da bir sıra görüşlər keçirib


  • Offside
  • 17:59 09.04.2025
  • Oxunma sayı: 127
AFFA-nın baş katibi FIFA-da bir sıra görüşlər keçirib

AFFA-nın baş katibi Cahangir Fərəcullayev Fransada işgüzar səfərdə olub.

AFFA-nın mətbuat xidmətindən 90deqiqe.Az -a bildirilib ki, o, FIFA-nın Parisdə yerləşən ofisində bir sıra görüşlər keçirib. C.Fərəcullayev tanışlıq çərçivəsində ali futbol qurumunun Avropa üzrə regional direktoru Elxan Məmmədov, Regional koordinatoru Marion Gavat, həmçinin FIFA-nın bəzi departament rəhbərləri ilə görüşüb.

Görüşlərdə ölkəmizdə futbolun inkişafı üzrə əməkdaşlıq imkanları, kütləviliyin və futbola marağın artırılması məsələləri müzakirə olunub.

Eyni zamanda baş katibə FIFA-nın müxtəlif proqramları haqqında məlumat verilib.







Offside