- Offside
- 14:52 19.04.2025
Azərbaycan Taekvondo Federasiyasının (ATF) Hakimlər Komitəsinin sədri Gündüz Abdullayev beynəlxalq turnirlərə təyinat alıb.
90deqiqe.Az xəbər verir ki, bu barədə ATF-nin mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq dərəcəli referi Estoniyanın paytaxtı Tallində bu gün startı verilən və aprelin 15-dək davam edəcək Avropa Qran-prisində, klublararası Avropa çempionatında və “Tallin open” beynəlxalq turnirində Azərbaycanı təmsil edəcək.