23 mart 2026. Bazar ertəsi

Azərbaycan basketbol milliləri Gimnaziadada növbəti oyunlarını keçiriblər


  • Offside
  • 14:55 11.04.2025
  • Oxunma sayı: 142
Azərbaycan basketbol milliləri Gimnaziadada növbəti oyunlarını keçiriblər

Serbiyada keçirilən Gimnaziada İdman Oyunlarında basketbolun 3x3 növü üzrə yarışlar davam edir.

90deqiqe.Az xəbər verir ki, Tatyana Deniskinanın rəhbərlik etdiyi qızlardan ibarət komanda 1/4 finalda Çin basketbolçuları ilə qarşılaşıb. Görüş rəqibin 7:21 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da Asiya təmsilçisi növbəti raunda vəsiqə qazanıb.

Kişi komandamız isə Kosta-Rika basketbolçularını məğlub edib (16:15) və 1/4 finala yüksəlib.







Offside