- Offside
- 11:49 18.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan Triatlon Federasiyasında (ATF) yeni baş məşqçinin təqdimatı və son iki ilin fəaliyyətinə dair hesabat tədbiri keçirilib.
ATF-nin mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, federasiya prezidenti Fərid Fərhadzadə bildirib ki, regionlarda yaradılan müasir idman infrastrukturu və dövlətin idmana dəstəyi triatlonun inkişafı üçün mühüm imkanlar açır.
Sonra triatlon üzrə milli komandanın yeni baş məşqçisi təqdim olunub. Yeni baş məşqçi Aleksandr Mordasov hazırlıq prosesi, kadr potensialının gücləndirilməsi və beynəlxalq arenada nəticələrin artırılması ilə bağlı planlarını iştirakçılarla bölüşüb.
Daha sonra federasiyanın baş katibi Seymur Hüseynov son iki ilin fəaliyyətini əhatə edən hesabat təqdim edib. Hesabatda yerli və beynəlxalq yarışlar, idmançıların nailiyyətləri və federasiyanın planları yer alıb.
Sonda vitse-prezidentlər və İcraiyyə Komitəsinin üzvləri çıxış edərək, gələcək hədəflər və triatlonun inkişafı ilə bağlı tövsiyələrini paylaşıblar.
Tədbir fikir mübadiləsi və birgə əməkdaşlıq çağırışları ilə yekunlaşıb.