- Offside
- 14:16 25.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Azərbaycan üzgüçüləri Çexiyada dünya çempionatına lisenziya xarakterli 32-ci Ostrava Qran-prisində 17 medal qazanıblar.
Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən 90deqiqe.Az-a verilən məlumata görə, idmançılar 2 qızıl, 8 gümüş və 7 bürünc mükafata sahib çıxıblar.
Ramil Vəlizadə 1 qızıl, 2 gümüş, Süleyman İsmayılzadə 1 qızıl, 2 gümüş, Əbdürrəhman Rüstəmov 2 gümüş, 1 bürünc, Fatimə Alkərəmova 2 gümüş, 1 bürünc, Oqtay Hüseynov 3 bürünc, Səid Həmidov 2 bürünc medal əldə edib.
Qeyd edək ki, turnirdə 5 ölkədən (Çexiya, Azərbaycan, Fransa, Polşa, Sloveniya) 350-yə yaxın idmançı iştirak edib.