- Offside
- 17:39 23.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Aprelin 12-də İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin (DVX) İnsan resursları baş idarəsinin təşkilatçılığı ilə DVX əməkdaşları arasında müasir vergi orqanlarının yaradılmasının 25 illiyinə həsr edilmiş minifutbol turnirinə start verilib.
Dövlət Vergi Xidmətindən 90deqiqe.Az -a bildirilib ki, turnirin açılış mərasimində DVX-nin Operativ vergi nəzarəti və uçotun təşkili baş idarəsinin rəisi Orxan Məmmədov, İnsan resursları baş idarəsinin rəis müavini Ceyhun Mehdiyev iştirak ediblər.
Qeyd olunub ki, DVX tərəfindən əməkdaşların funksional fəaliyyəti ilə yanaşı, onların işdən kənar fəaliyyətinə, asudə vaxtlarının təşkilinə xüsusi diqqət yetirilir, bu məqsədlə müxtəlif turnirlər, yarışlar və digər tədbirlər keçirilir. Bu yarış da yalnız idman ruhunu və fiziki sağlamlığı təşviq etmək məqsədi daşımır, həmçinin əməkdaşlığı, dostluğu və komanda işini gücləndirməyə xidmət edir.
Açılış mərasimindən sonra turnirə start verilib. Yarışda DVX aparatına və xidmətin strukturuna daxil olan qurumların 18 komandası iştirak edir.
Altı həftə davam edəcək turnirin yekununda qaliblərə kubok, qiymətli hədiyyələr və DVX Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin fəxri fərmanları təqdim ediləcək.