- Offside
- 14:16 25.04.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, aparıcı mütəxəssis Orxan Mikayıllı və mütəxəssis Ziya Səfərov Polşanın Sopot şəhərində keçirilən 14-cü UEFA Kütləvi Futbol Konfransı və mükafatlandırma mərasimində iştirak ediblər.
Milli assosiasiyadan 90deqiqe.Az-a verilən məlumata görə, UEFA-ya üzv olan 55 ölkənin nümayəndələrinin qatıldığı konfransda son 3 il ərzində futbolun kütləviliyi istiqamətində görülmüş işlər haqqında geniş müzakirələr aparılıb, mühazirələr dinlənilib.
Konfransda, həmçinin müvafiq nominasiyalar üzrə qalib gəlmiş ölkələrə mükafatlar təqdim edilib. UEFA-nın fəxri üzvü Per Ravn Omdal və texniki təhsil və inkişaf rəhbəri Olivier Doglia tərəfindən Fərrux İsmayılova “UEFA Grassroots Charter Member” plaketi təqdim olunub.